Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

KİV: ABŞ Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarının təxliyəsini planlaşdırır

Son günlər ABŞ və Rusiya rəsmiləri arasında Ukrayna ilə bağlı ixtilafların həlli istiqamətində diplomatik səylər davam etdirilir. Bununla bərabər, regionda geniş miqyaslı müharibənin başlaya biləcəyi istisna olunmur. 
Bu arada məlum olub ki, ABŞ-ın Ukraynadakı səfirliyi Dövlət Departamentindən ailələrin və qeyri-vacib işçilərin ölkəni tərk etməsinə icazə verməsini xahiş edib. Vaşinqton çox güman ki, gələn həftə evakuasiyaya başlayacaq. 
Bu barədə CNN tele­kanalının müxbiri Metyu Şans özünün “twitter” səhifəsində bildirib. “ABŞ-ın Kiyevdəki səfirliyi bu gün (dünən – müəllif) Dövlət Departamentindən qeyri-va­cib işçilər və ailələrin səfirliyi tərk etməsinə icazə verməyi xahiş edib. ABŞ Ukraynaya məlumat verib ki, “çox gü­man ki, gələn həftə evakua­siyaya başlayacaq”, - deyə media sözçüsü yazıb. 
Yeri gəlmişkən, bundan əvvəl “Bloomberg” agentliyi vəziyyətin gərginləşməsi fonunda ABŞ-ın Ukrayna­dakı amerikalı diplomat­ların ailə üzvlərini təxliyə edib-etməmək məsələsini nəzərdən keçirdiyini bildir­mişdi. 
UNİAN agentliyinin yay­dığı məlumata görə, ABŞ-ın Ukraynadakı səfirliyində hazırda 180 amerikalı və 560 Ukrayna vətəndaşı çalışır. Bu rəqəmlərə səfirlik əməkdaşlarının ailə üzvləri aid deyil. Deməli, bütövlükdə, səfirlikdə yaşayan amerikalı­ların sayı daha çoxdur. 
Bir müddət əvvəl nü­fuzlu “The New York Ti­mes” qəzeti Rusiyanın Ukrayna səfirliyində işləyən vətəndaşlarının ailələrini təxliyə etməyə başladığı barədə məlumat yaymışdı. Lakin Rusiya XİN-in rəsmisi bu xəbəri təkzib etmişdir. 
M.HACIXANLI,

“Xalq qəzeti” 

23 Yanvar 2022 08:30 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
23 May 2022 | 22:37
Püstənin faydaları
23 May 2022 | 22:37
İrihəcimli investisiya
23 May 2022 | 22:37
Aktivlər dondurulub
23 May 2022 | 22:36
Karantin qərarı

Köhnə versiyamızdan xəbərləri izlə