Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mayya Sandu: Rusiya ilə çətin, lakin vacib dialoq aparırıq

Moldova hökuməti Rusiya hərbçilərinin Dnestryanıdan çıxarılması və ticarət sahəsində maneələrin aradan qaldırılması haqqında razılaşma əldə etmək istəyir. Bu barədə Prezident Mayya Sandu Rumıniyanın “Pro TV” kanalına müsahibəsində bəyan edib. Məlumatı TASS verib. 
Sandu deyib: “Rusiya ilə çətin, lakin vacib dialoq aparırıq. Gündəlikdə çoxlu məsələlər var, onlardan bəzilərini tez həll edəcəyimizə inanırıq. Amma daha çətin məsələlər də var. Biz Rusiya hərbçilərinin çıxarılması problemi­ni müzakirə edirik. Kolbasnadakı anbarlarda olan silahların məhv edilməsi problemi də qalır. Biz bu məsələnin həllini tezləşdirmək istəyərdik. Bundan başqa, iqtisadi xarakterli problemlər də var”. 
Prezident bildirib ki, Moldova ixracatçıla­rının Rusiya bazarında qarşılaşdıqları ticarət maneələrinin aradan qaldırılmasında da maraqlıdır. O, ölkəsinin Rusiyada çalışan yüz minlərlə moldovalı əmək miqrantının sosial müdafiəsinin təminatında da maraqlı olduğu­nu qeyd edib. 
Qeyd edək ki, Mayya Sandu 2020-ci ilin noyabrında prezident seçildikdən sonra bir neçə dəfə rəsmi və işgüzar səfərlə Avropa İttifaqı ölkələrində olsa da, hələ Moskvaya getməyib. Ölkənin Baş naziri Natalya Qavri­litsa isə bəyan edib ki, o, Rusiyaya yalnız bu ilin martına planlaşdırılan Rusiya-Moldova hökumətlərarası komissiyasının iclasından sonra səfər edə bilər. O, özünün ilk səfərini Brüsselə etmiş, burada başçılıq etdiyi hökumətə maliyyə dəstəyi və ölkəsinin Aİ qarşısında öhdəliklərini müzakirə etmişdi. Ru­siya ilə bağlı isə baş nazir “aktiv və praqmatik dialoq” tərəfdarı olduğunu söyləyib. 
Keçən ilin noyabrında Moldova baş nazi­rinin müavini, XİN başçısı Nikolay Popesku Moskvaya səfərə gedib və RF XİN başçısı Sergey Lavrovu ölkəsinə dəvət edib. Lavrov bəyan edib ki, dəvəti qəbul edir və onun vaxtı diplomatik kanallarla razılaşdırılacaq. 
Paşa ƏMİRCANOV,

“Xalq qəzeti” 

23 Yanvar 2022 08:29 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
23 May 2022 | 22:37
Püstənin faydaları
23 May 2022 | 22:37
İrihəcimli investisiya
23 May 2022 | 22:37
Aktivlər dondurulub
23 May 2022 | 22:36
Karantin qərarı

Köhnə versiyamızdan xəbərləri izlə