Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 32-ci ildönümü dərin ehtiramla yad edilib. Xırdalan şəhərində şəhidlərin əziz xatirəsinə inşa edilmiş Şəhidlər Abidə Kompleksinin qarşısında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon hüquq-mühafizə orqanlarının, səhiyyə və təhsil müəssisələrinin rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyəti iştirak ediblər. 
Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olu­nub. Mərasimdə şəhidlərin ruhuna dualar oxunub. 
Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yan­var faciəsindən 32 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizli­yini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur. 
Rayon rəhbərliyi və tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər. 
Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri 

22 Yanvar 2022 10:33 -

Köhnə versiyamızdan xəbərləri izlə