Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azad olunmuş ərazilərin turizm potensialı böyükdür

Dövlət Turizm Agentliyinin Regional Turizmin inkişafı sektorunun müdiri İlkin Cavadov bildirib ki, işğaldan azad edilmiş ərazilərin turizm potensialı genişdir.
Agentlik rəsmisi qeyd edib ki, işğaldan azad edilmiş ərazilər həm gözəl təbiətə malikdir, həm də maddi-mədəniyyət nümunələri ilə zəngindir: "Bu səbəbdən həmin bölgələr həm yay, həm də qış turizmi üçün əlverişlidir. Gələcəkdə burada qış turizm növlərinin yaradılması əsas məsələlərdən biridir. İşğaldan azad edilmiş ərazilərdə qış turizm potensialını inkişaf elətdirmək üçün öncə araşdırma aparılmalıdır, dağ-xizək turizmi üçün əlverişli yerləri, insanların istirahət edə biləcəyi əraziləri müəyyənləşdirmək lazımdır. İlkin olaraq, deyə bilərəm ki, qış turizmi üçün ən əlverişli yer Kəlbəcər rayonudur. Təbii irs nümunələrinin mövcudluğu burada qış turizm növlərinin yaradılmasını labüd edir. Bundan başqa, Laçında, Şuşada, Hadrutda, Tuğda, Azıx mağarası ətrafında olan ərazilər də qış turizmi üçün insanların diqqətini cəlb edir".

22 Yanvar 2022 22:59 -

Köhnə versiyamızdan xəbərləri izlə