Ən son xəbərlər
№ 21 Bakı şəhəri, 20 yanvar 2022-ci il
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 sentyabr tarixli 380-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsə-dilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2017, № 10, maddə 1904; 2018, № 3, maddə 587, № 9, maddələr 1927, 1938; 2019, № 5, maddə 976; 2020, № 8, maddə 1133) aşağıdakı dəyişikliklər edilsin:
1. Adına və 1-ci hissəsinə “məqsədilə” sözündən sonra “, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar” sözləri əlavə edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki poten-sialının artırılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” üzrə:
2.1. adına və 1.1-ci bəndə “məqsədilə” sözündən sonra “, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:
“3.2-1. Büdcədənkənar vəsaitin dövlət və ictimai əhəmiyyətli məqsədlərə yönəldilən hissəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verilməsi, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə tədbirlərə maliyyə dəstəyinin göstərilməsi məqsədilə yaradılmış fondlara və təsisatlara vəsait ödənilməsinə xərclənir.”.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Köhnə versiyamızdan xəbərləri izlə