Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 26 min dozadan çox peyvənd vurulub

Yanvarın 22-də Azərbaycanda 26 min 217 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 791, “buster” doza ilə peyvənd olunanların sayı isə 20 min 805 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 791 min 254, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 212 min 82, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 727 min 150 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 852 min 22 nəfər təşkil edir.

22 Yanvar 2022 18:16 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə