Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artıb

Tərtər rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların baş sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır. 2021-ci ildə kənd təsərrüfatı məhsulunun ümumi həcmində heyvandarlığın xüsusi çəkisi 2020-ci ilə nisbətən 3,3 faiz artaraq 41 faiz təşkil edib.

Bu barədə bölgə müxbirinə Tərtər Rayon Statistika İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, 2022-ci il yanvarın 1-i vəziyyətinə rayonda 30 min 143 baş qaramal, 43 min 508 baş qoyun-keçi, 230 min 856 baş müxtəlif növ quş olub. Əvvəlki ilə nisbətən qaramalın sayı 743 baş artıb. 2021-ci ildə rayonda diri çəkidə 3403,1 ton ət, 22 min 419,4 ton süd, 14 milyon 190 min ədəd yumurta istehsal edilib, 100,1 ton qoyun yunu qırxılıb. 2020-ci ilə nisbətən ət istehsalı 23,6 faiz, süd istehsalı 1,6 faiz, yumurta istehsalı 1,2 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması 2021-ci ildə də uğurla davam etdirilib. Ötən 2861 baş inək və düyə süni yolla mayalandırılıb, 1137 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.

22 Yanvar 2022 17:54 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə