Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərəb dənizində 30-dan çox balıqçı itkin düşüb

Ərəb dənizinin Pakistan sahillərində (Sind əyaləti) iki qayığın batması nəticəsində 30-dan çox balıqıçı itkin düşmüş hesab edilir.

Bu barədə Sinxua agentliyi yerli polis nümayəndələrinə istinadla məlumat yayıb. Polisin və yerli mənbələrin məlumatına görə, batan qayıqlarda 35-dən çox balıqçı olub. Onlardan beşi xilas edilərək tibbi mərkəzə gətirilib. Pakistan Hərbi Dəniz Qüvvələrinin dəstələri və könüllülər itkin düşənlərin axtarışını davam etdirirlər.

Yerli hakimiyyət orqanlarından bildirilib ki, qəzaya güclü külək və qayıqların həddən artıq yüklənməsi səbəb olub.

22 Yanvar 2022 15:28 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə