Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kosmosdan gəldiyi iddia edilən 555.55 karat qara almaz hərraca çıxarılacaq

Kosmosdan gəldiyi iddia edilən 555.55 karat qara almaz “Sotheby's” şirkəti tərəfindən hərraca çıxarılacaq.

 CNN-ə xəbər verir ki, “Sotheby's” şirkətinin "The Enigma" adlandırdığı nadir daş-qaşın ya meteorit, ya da Yerlə toqquşan asteroiddən yarandığı güman edilir.

Təxminən 6,8 milyon dollara satılacağı gözlənilən, dünyanın ən qiymətli daş-qaşlarından biri olan bu qara almaz “Sotheby's” şirkəti tərəfindən Dubay və Los-Ancelesdə sərgiləndikdən sonra fevralın 3-dən 9-na kimi onlayn auksionda satılacaq. Şirkət ödəniş olaraq kriptovalyutanı da qəbul edəcəyini bildirib.

22 Yanvar 2022 15:45 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə