Ən son xəbərlər
İspaniyanın “Barselona” klubunun rəhbərliyi Usman Dembelenin tezliklə komandadan ayrılmasını istəyir. Bunu La Liqa təmsilçisinin idman direktoru Matteu Alemani bildirib. O, artıq fransalı hücumçunun transferə çıxarıldığını bildirib. Alemani deyib: “Dembele bizim layihənin bir hissəsi olmağı arzulamır. Buna görə də dərhal getməsini tələb etdik. Usmanın yanvarın 31-dək satılacağını gözləyirik”.
Qeyd edək ki, Usman Dembelenin “Barselona” ilə hazırkı müqaviləsi iyunun 30-dək nəzərdə tutulub.
Xəbəri “Mundo Deportivo” verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə