Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstriya kansleri: Rusiya və Ukrayna birbaşa dialoqa başlamalıdır

Avropa İttifaqı hesab edir ki, Ukrayna və Rusiya münaqişədən qaçmaq üçün birbaşa danışıqlara başlamalıdır. Bunun üçün ən yaxşı vasitə “Normand dördlüyü” formatıdır. Belə bir bəyanatla Avstriya Kansleri Karl Nehammer çıxış edib. Məlumatı TASS verib.

Kansler “Puls-24” telekanalının efirində çıxışı zamanı bildirib ki, ölkəsi sülhün tərəfindədir. Eyni zamanda, Avropa İttifaqının sammitində Ukrayna­dakı vəziyyət detallı şəkildə müzakirə olunub və Avropa liderinin yekdil qərarı belə olub: “Dialoq vacibdir. Vacibdir ki, ABŞ və Rusiya öz aralarında dialoq aparırlar. Bundan da vacibi odur ki, Uk­rayna və Rusiya öz aralarında danışıq aparsınlar. Bunun üçün Avropa nöqteyi-nəzərindən format da mövcuddur. Bu, “Normand formatı”dır”.

Onun sözlərinə görə, “Normand formatı” Avropada vacib danışıq prosesi hesab olunur. Çünki burada Almaniya, Fransa və Ukrayna Rusiya ilə bir masa arxasında otururlar.

Nehammer qeyd edib ki, Avropa İttifaqı liderlərinin fikrincə, “əgər Rusiya siyasəti güc yolu ilə irəli aparmaq haqqında düşünürsə, o zaman Aİ də bu ölkəyə qarşı birgə həlledici hərəkət etməli olacaq”. Ona görə də dialoq qaçılmazdır və Aİ dəqiq göstərməlidir ki, siyasətin güc yolu ilə irəli aparılmasına yol verməyəcək.

Nehammer bildirib ki, Avstriyanın Rusiya və Ukrayna arasındakı münaqişə səbəbindən “Şimal axını-2”dən müm­kün imtinası az əhəmiyyətli məsələdir, çünki bu, sadəcə, bir qaz kəməridir: “Rusiya qazını Avropaya çatdırmaq üçün dörd başqa kəmər var. Ona görə də Aİ-nin Rusiyaya qarşı hərəkəti üçün bu, xırda, qeyri-effektiv məsələdir. Əgər, həqiqətən, Aİ-nin reaksiyası tələb olunursa, bu, Rusiyaya qarşı daha ağır sanksiyalar şəklində olmalıdır”.

Xatırladaq ki, son vaxtlar Qərbdə Rusiyanın Ukraynaya müdaxilə edəcəyi barədə bəyanatlar səslənir. Ancaq RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bu informasiyaları gərginliyin boş və əsassız şəkildə artırılması cəhdi adlandırıb. Onun sözlərinə görə, Rusiya heç kim üçün təhlükə deyil.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

22 Yanvar 2022 09:31 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə