Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Belarusa iki “S-400” zenit-raket kompleksi göndərib

RİA “Novosti” agent­liyinin yaydığı məlumata görə, Rusiyanın Xaba­rovsk diyarından Bela­rusa iki “S-400” hava-hücumundan müdafiə zenit-raket kompleksi batareyası göndərilib.

Mənbə Rusiya Müdafiə Nazirliyinə istinadən yazır ki, kompleks dəmiryolu vasitəsi ilə yola salınıb.

 

Bir müddət əvvəl Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin ölkəsinə müttəfiq respublika olan Belarusa 12 ədəd “Su- 35”, 2 “S-400” batareyası və “Pansir-S” zenit-ra­ket kompleksi divizionu göndərəcəklərini bildirmişdi.

Məlumata görə, təlim tapşırıqlarının yerinə yetirildiyi ərazilərdə Ru­siya hərbiçiləri Belarusla Rusiyanın Vahid Regional Hava Hücumundan Müdafiə Sisteminin tərkibində atış mövqelərini təchiz edəcək, texniki xidmət göstərəcək və döyüş hazırlığı tapşırıqlarını yerinə yetirəcək. Təlimlər iki mərhələdə keçiriləcək. Birincisi fevralın 1-9-dək ha­zırlıq mərhələsidir. Təlimlərin ikinci mərhələsi “Qətiyyətli ittifaq-2022” adı altında keçiriləcək və fevralın 10- dan 20-dək davam edəcək.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

22 Yanvar 2022 10:55 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə