Ən son xəbərlər
Son sutka ərzində Almaniya Federativ Respublikasında rekord yoluxma qeydə alınıb. Robert Koxa İnstitutunun məlumatına görə, son 24 saat ərzində ölkədə 140 min 160 nəfər koronavirus infeksiyasına yoluxub.
Pandemiya başlanandan Almaniyada bu, ən yüksək göstəricidir. Son sutka ərzində 170 nəfər vəfat edib.
TASS-ın məlumatına görə, pandemiya başlanandan indiyədək Almaniyada 8 milyon 460 min 546 nəfər COVID-19 virusuna yoluxub. 7 milyon 178 min nəfər sağalıb. 116 min 485 nəfər koronavirus infeksiyasının qurbanı olub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son sutka ərzində dünyada 3 milyon 777 min 104 nəfər koronavirus infeksiyasına yoluxub.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə