Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Monteneqro və Bosniya mediasında 20 Yanvar faciəsindən bəhs edilib

Monteneqronun və Bosniyanın bir sıra xəbər por­tallarında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş məqalələr yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Əlaqələr Mərkəzinin xüsusi məsləhətçisi Böjidar Pro­roçiçin qələmə aldığı məqalədə sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli cinayətdən bəhs edilir.

Müəllif yazır: “Həmin gün sovet ordusu Azərbaycanın ərazi bütövlüyünün pozul­masına etiraz edən, azadlıq, müstəqillik və suverenlik ideallarının dəstəklənməsi naminə küçələrə axışan insanları cəzalandırmaq üçün paytaxt Bakıya hücum etdi. Cinayətlər nəticəsində 147 dinc sakin həlak oldu, 740-dan çox insan yara­landı, yüzlərlə insan həbs edildi. Həlak olanlar arasında uşaqlar, qadınlar və qocalar, eləcə də Bakının müxtəlif millətlərdən olan digər mülki sakinləri də vardı. Bu qətliam Azərbaycan tarixinə “Qara Yanvar” kimi düşüb”.

Məqalələrdə bildirilir ki, sovet ordusu Qazaxıstan (1986), Gürcüstan (1989), Azərbaycan (1990) və Litva­ya (1991) hərbi təcavüz edib, sovet vətəndaşlarını qətlə yetirsə də, indiyədək insan­lığa zidd bu cinayətlərə görə SSRİ rəhbərliyindən heç kim məsuliyyətə cəlb olunmayıb. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının əzmkarlığını sarsıda bilmədi, 1991-ci ilin oktyabrında Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdi.

Azərbaycan–Monteneq­ro Mədəni-İqtisadi Əlaqələr Mərkəzinin sədri Seyran Mirzəzadənin təşəbbüsü ilə dərc olunmuş məqalələri aşağıdakı linklərdən oxumaq mümkündür:

http://crnogorskiportal.me/sadrzaj/7027

http://bosnjaci.net/prilog.php?pid=74911

https://magazin.sand­zak.com/2022/01/19/32-godisnjica-crnog-januara-u-azerbejdzanu/

https://dijasporabih.com/32-godisnjica-crnog-januara-u-azerbejdzanu/

22 Yanvar 2022 08:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə