Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN DYMX-nin rəisi Füzuli Əsədov Belarus Respublikasına səfər edib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov Belarus Respublikasında Xilasedicilər Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün həmin ölkəyə səfər edib.

Səfər zamanı F.Əsədov Belarus Res­publikasının fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb.

Görüşdə nazir V.Sinyavski fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində hər iki nazirli­yin aidiyyəti qurumları arasında əməkdaşlığın hazırki səviyyəsindən məmnunluq ifadə edib və bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Xidmət rəisi Füzuli Əsədov, öz növbəsində, Belarus xilasedicilərini peşə bayramları münasibətilə təbrik edərək Xilasedicilər Günü münasibətilə keçirilən tədbirlərdə iştirak üçün dəvətə görə təşəkkürünü bildirib.

“Xalq qəzeti”

22 Yanvar 2022 08:21 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə