Ən son xəbərlər
İranın Neft naziri Cavad Quci bildirib ki, Tehran Rusiya qazının Azərbaycandan İranın cənubuna svop tədarükünü təklif edib.
Cavad Quci deyib: “Rusiyaya budəfəki səfər zamanı Rusiya qazının İran vasitəsilə svop tədarükü müzakirə olunub. Son aylarda biz İran ərazisindən Türkmənistandan Azərbaycana svop qaz nəqlini həyata keçirməyə başlamışıq. Analoji formada biz Rusiya qazının sonrakı ixracı üçün Azərbaycandan İranın cənubuna svop tədarükünü təklif etdik”.
Nazir qeyd edib ki, mayeləşdirilmiş qazı ölkənin istənilən bölgəsinə ixrac etmək olar.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə