Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XİN: Rusiya Azərbaycan–Ermənistan sərhədində vəziyyətin tənzimlənməsi üçün ardıcıl səylər göstərir

 

 

Rusiya Azərbaycanla Ermənistan arasında sərhəddə vəziyyətin tənzimlənməsi üçün ardıcıl səylər göstərir. Təəssüf ki, orada bəzən silahlı insidentlər baş verir, insan itkisi qeydə alınır.

Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan və Ermənistan sərhədində vəziyyətlə bağlı bəyanatında deyilir: “Azərbaycan–Ermənistan sərhədinin delimita­siyası və sonrakı demarkasiyası üzrə ikitərəfli komis­siyanı tezliklə formalaşdırmaq və işə salmaq lazımdır. Biz bu prosesdə Bakı və Yerevana məsləhət köməyi göstərməyə hazırıq. Hesab edirik ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunması prosesinə qoşulmaq istəyən iştirakçılar tərəflərin maraqlarını rəhbər tutmalı və Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşma­larını nəzərə almalıdırlar”.

“Xalq qəzeti”

22 Yanvar 2022 08:34 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə