Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 471 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 722, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 773, buster doza üzrə vaksinasiya olunanların sayı isə 6 976 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 765 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 209 461, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 724 359, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 831 217 təşkil edir.

21 Yanvar 2022 16:53 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə