Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan TALIS 2024 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək

Azərbaycan TALIS 2024 (Teaching and Learning International Survey) təlim və tədris üzrə beynəlxalq araşdırma tədqiqatında iştirak edəcək.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 3 mərhələdən ibarət olan tədqiqatın pilot mərhələsi bu il keçiriləcək. Tədqiqat müəllimlərin və məktəb rəhbərlərinin təhsillə bağlı yanaşmalarını anlamaq məqsədilə 5 ildən bir keçirilir.

TALIS tədqiqatı müəllimlərin tədris təcrübələri, idarəetmə bacarığı, müəllimlərin peşəkar inkişafı, məktəb mühiti, iş məmnuniyyəti və s. mövzular üzrə beynəlxalq müqayisələrə imkan verən məlumatlara sahib olmaq fürsəti yaradır.

Azərbaycan bu tədqiqatda ilk dəfə iştirak edəcək.

21 Yanvar 2022 16:30 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə