Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Netflix" abunəçilərinin sayı ilin sonunda gözləniləndən aşağı olub

2021-ci ilin dördüncü rübündə "Netflix" striminq xidmətinə ödənişli abunə olanların sayı şirkətin proqnozlarından az olub.

 

"Xalq qəzeti" xəbər verir ki , bu barədə şirkətin maliyyə hesabatında deyilir.

 

Məlumata əsasən, üçüncü rübdən sonra şirkət 2021-ci ilin sonuna kimi ödənişli "Netflix" abunəçilərinin sayının 222,06 milyon nəfər olacağını proqnozlaşdırmışdı. Bununla belə, hesabata əsasən, dördüncü rübdə ödənişli abunəçilərin sayı 221,84 milyon olub. Eyni zamanda, şirkət bu ilin birinci rübündə ən azı 2,5 milyon insanın abunə olacağını gözləyir.

 

Rüblük hesabatın dərci fonunda Nyu-York Fond Birjasında "Netflix" səhmlərinin dəyəri 20 faiz ucuzlaşıb.

 

Şirkətin hesabat dövründə gəliri 7,7 milyard dolları, mənfəəti isə 607 milyon dolları ötüb. Üçüncü rübün yekunlarına görə, birinci göstərici 7,48 milyard dollar, ikinci göstərici isə 1,44 milyard dollar olub.

21 Yanvar 2022 18:07 - TEXNİKA
TEXNİKA
11 May 2022 | 09:16
İstehsal dayandırılır

Köhnə versiyamızdan xəbərləri izlə