Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 57 cinayətin üstünü “isti izlər”lə açıblar

Daxili İşlər Nazirliyi (DİN) yanvarın 20-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 57 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

21 Yanvar 2022 12:07 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə