Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda yeraltı rabitə naqilini oğurlayan şəxslər tutulub

Xəzər rayon Polis İdarəsinim 3-cü Polis Şöbəsinə yanvarın 17-də Qala qəsəbəsi ərazisində Bakı Telefon Rabitəsi MMC-yə məxsus 230 metr yeraltı rabitə naqilinin kəsilərək oğurlanması barədə məlumat daxil olub.

DİN-dən "Xalq qəzeti"nə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və 3-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakinləri Ə.Həsənov, H.Mikayılzadə və T.Süleymanov müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.

21 Yanvar 2022 11:40 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
25 May 2022 | 17:53
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə