Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əllidən çox xırdabuynuzlu heyvan oğurlayan üç nəfər saxlanılıb

Abşeron rayonunun Qobustan kənd sakini olan bir nəfər rayon polis idarəsinin Qobu Polis Bölməsinə müraciət edərək ötən il dekabrın 30-da evinin həyətindəki tövlədən ona məxsus 23 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, məlumat daxil olan kimi oğurluq edən şəxslərin axtarışlarına başlanılıb. Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Babək Bəyalıyev, Şamaxı rayon sakinləri Vüsal Şıxalıyev və Ramin Ağamalıyev saxlanılıblar. Onlar ifadələrində oğurladıqları xırdabuynuzlu heyvanları Ramin Ağamalıyevə məxsus yük avtomobili ilə Bərdə rayonuna apardıqlarını və orada satdıqlarını bildiriblər.

Bu şəxslərlə bağlı Qobu Polis Bölməsində əlavə araşdırma aparıldığı zaman onların bir müddət əvvəl Kürdəmir və Salyan rayonlarında ümumilikdə 30-dan çox xırdabuynuzlu heyvan oğurladıqları da müəyyənləşdirilib.

Qeyd edək ki, saxlanılan şəxslərdən ikisi - Vüsal Şıxalıyev və Babək Bəyalıyev əvvəllər də xırda və iribuynuzlu heyvan oğurluğu ilə məşğul olduqları üçün məhkum ediliblər.

Aşkarlanan faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Saxlanılan şəxslərlə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.

21 Yanvar 2022 11:32 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
25 May 2022 | 17:53
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə