Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi Publik Hüquqi Şəxs Ətraf mühitə buraxılan və ekologiya üçün zərərli sayılan qazların azaldılması ilə bağlı tədbirin təşkili xidmətinin satınalınması məqsədilə təkliflər sorğusu elan edir

Təkliflər sorğusunun iştirakçılarına təklif olunur ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara sahib olmalıdırlar.
İştirak etmək istəyənlər yazılı müraciətlə Bakı şəhəri, AZ1095, Azadlıq prospekti 11 (əlaqələndirici şəxs – Günay Məhərrəmovaya, telefon: (012) 598-42-19) nömrəli ünvana müraciət edərək təkliflər sorğusunun şərtlər toplusunu əldə edə bilərlər.
İddiaçılar iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;
-təkliflər sorğusu üçün təklif (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 
-iddiaçının maddi-texniki bazası.
Sənədlər Azərbaycan dilində, 1nüsxədə tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Təkliflər sorğusu proseduru ,,Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 
28 noyabr 2018-ci il saat 11.00-a qədər Bakı şəhəri, AZ1095, Azadlıq prospekti, 11 nömrəli ünvana təqdim etməlidirlər. Əlaqələndirici şəxs - Günay Məhərrəmova, telefon: (012) 598-42-19.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri, 28 noyabr 2018-ci il saat 15.00-da Bakı şəhəri, AZ1095, Azadlıq prospekti, 11 nömrəli ünvanda açılacaqdır.

 

23 Noyabr 2018 23:16 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə