Ən son xəbərlər
İngiltərənin “Aston Villa” klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Premyer Liqa təmsilçisi “Roma”dan Robin Olseni icarəyə götürüb. İsveçli qapıçı mövsümün sonuna qədər “Aston Villa”da çıxış edəcək.
Qeyd edilir ki, Olsen mövsümün ilk hissəsini icarə əsasında İngiltərənin “Şeffild Yunayted” klubunda keçirib. O, Çempionşipdə 11 matça çıxıb.
Xəbəri “goal.com” yayıb.
Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə