Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropada yoluxma sürətlə artır

Avropa ölkələrində koronaviru­sa yoluxanların sayı durmadan artmaqdadır. Son bir sutka ərzində təkcə Fransada COVID-19 pandemiyasına 464 min 769 yeni yoluxma qeydə alınıb. Ölənlərin sayı isə 375 olub. Bu barədə məlumatı “İnterfaks.ru” verib.

 

Məlumata görə, son bir həftə ərzində ölkədə koronavirusa gündəlik yoluxma sayı orta hesabla 309 min 433 həddində olub. Bu haqda Fransa Səhiyyə İdarəsinin məlumatında bildirilib.

İdarədən verilən son məlumatlara görə, hazırda xəstəxanalarda 26 min 526 koronavirus xəstəsi müalicə alır. Bu, bir gün əvvəllə müqayisədə 750 xəstə çoxdur. Xəstəxanaların reanima­siya şöbələrində hazırda 3 min 881 ağır vəziyyətdə olan virus xəstəsi müalicə olunur. Son 24 saatda xəstəxanalara 3 min 509, reanimasiya şöbələrinə isə 367 yeni ağır vəziyyətdə olan virus xəstəsi daxil olub.

Ölkədə virus qurbanlarının ümumi sayı 127 min 638-ə çatıb. Bunlardan 100 min 339 -u xəstəxanalarda, 27 min 299-u isə qocalar evlərində qeydə alınıb. Pandemiya başlayandan xəstəxanalarda 487 min 977 virus xəstəsi sağalıb. Son sutkada 2 min 421 virus xəstəsi sağala­raq xəstəxanaları tərk edib.

Ölkədə 53 milyon 623 min 212 nəfərə peyvəndin birinci dozası, 52 milyon 302 min 139 nəfərə isə hər iki dozası vuru­lub. “Buster” dozası 32 milyon 68 min 75 nəfərə vurulub. Son sutkada 399 min 849 peyvənd vurulub ki, bundan 23 min 718-i birinci doza, 29 min 290 ikinci doza, 346 min 841-i isə “buster” doza olub.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

20 Yanvar 2022 01:05 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 May 2022 | 02:25
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə