Ən son xəbərlər
Beynəlxalq Avtomobil İdmanları Federasiyası (FIA) tərəfindən təşkil edilən Dünya Ralli Çempionatında 2022-ci il mövsümü bu gün Monakoda keçiriləcək Monte Karlo Rallisi ilə başlayacaq.
Dünyanın ən əhəmiyyətli avtomobil yarışlarından biri kimi göstərilən yarış bu il 50-ci dəfə keçiriləcək. 13 mərhələdən ibarət ralliyə Avropa, Afrika, Okeaniya və Asiya qitələri evsahibliyi edəcək.
Monte Karlo Rallisi ilə başlayacaq mübarizə 13 noyabrda Yaponiya Rallisi ilə yekunlaşacaq. Monakonun ev sahibliyi edəcəyi və bu gün start götürəcək mövsümün ilk rallisi yanvarın 23-də– bazar günü yekunlaşacaq.
Mübarizədə iki fransız pilot Sebastien Loeb və Sebastien Ogier xüsusilə 2000-ci illərdə əldə etdikləri dərəcələrlə rəqiblərindən fərqlənirlər. Bu il M-Sport Ford komandası ilə müqavilə imzalayan Loeb 9 çempionluq (2004, 2005, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012) ilə turnirin ən uğurlu sürücüsüdür. Son 9 mövsümün (2013, 2014, 2015, 2016, 2017, 2018, 2020, 2021) 8-ni zirvədə tamamlayan Toyota Gazoo pilotu Ogier isə bu il mümkün çempionluqda Loebin rekordunu bölüşəcək. Mövsümdən əvvəl təqaüdə çıxmaq qərarına gələn Ogierin ikinci pilotu fransalı Julien İnqrassianı eyni ölkədən Benjamin Veillas əvəz edəcək.
Monte Karlo Rallisi həm də yarışda ilk dəfə hibrid mühərriklərin istifadə olunması ilə yadda qalacaq. Çempionatın ətraf mühitin çirklənməsinə qarşı həyata keçirdiyi tədbirlər arasında ən mühüm mövzu kimi bu il ilk dəfə istifadə olunacaq hibrid motorlu nəqliyyat vasitələri diqqət çəkir.
Yarışlarda istifadə ediləcək yeni hibrid sistemli avtomobillər 1600cc turbo alışan mühərriklərdə 520 at gücünə qədər olacaq.
Rövşən TOĞRUL,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə