Ən son xəbərlər
AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən radaksiyamıza verilən məlumatda bildirilib ki, I və II Qarabağ müharibələrində, eləcə də ərazilərimizin bütövlüyü və azadlığı uğrunda canından keçmiş 20 Yanvar şəhidlərinin ailələrinə və qazilərə hərtərəfli dövlət dəstəyi ilə yanaşı, cəmiyyətin yüksək hörmət və ehtiramı da davamlıdır.
Azərbaycan həmkarlar ittifaqları da şəhid ailələrinə, qazilərə, ümumiyyətlə, müharibə iştirakçılarına daim dəstək olur, onların qayğıları ilə maraqlanır, ehtiyacı olanlara lazımi köməklik göstərir. Bu ənənənin davamı olaraq bu il də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsi ölkəmizin müstəqilliyi uğrunda 1990-cı ilin 20 yanvarında şəhid olmuş qəhrəmanlarımızın ailələrinə maliyyə dəstəyi göstərmək üçün müvafiq qərar qəbul edib. Belə ki, 99 şəhid ailəsinin hər biri üçün 200 manat– ümumilikdə, 19 min 800 manat məbləğində maliyyə yardımı göstərilib.
AHİK-in üzv təşkilatlar da şəhid ailələrinə yardım göstərib, onlarla görüşlər keçirib, ehtiyacı olanları sanatoriya və istirahət evlərinə pulsuz yollayışlarla təmin edib.
R.TAHİR,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə