Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
“AZ TV” QSC-nin 3 televiziya kanalının və 2 radio kanalının internet vasitəsilə yayım xidmətinin satınalınması.
 Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbayjan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M. Hüseyn küçəsi 1 nömrəli (əlaqələndirici şəxs- Camal Əsgərovdan , telefon- 492-78-51) ünvandan ala bilərlər.
İştirak haqqı 150 manatdır.
 Bank rekvizitləri:
H/h: AZ33CTRE00000000000004048501
VÖEN: 9900062371
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T CTREAZ22
 D-3 Büdcə təsnifatı kodu -142340
 D-4 Fond-7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). 
Tender proseduru “Dövlət ­satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 28 dekabr 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 10 yanvar 2019-cu il saat ­17.00-a qədər Bakı şəhəri, M.Hüseyn küçəsi, 1 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 11 yanvar 2019-cu il saat 15.00-da Bakı şəhəri, M.Hüseyn küçəsi, 1 nömrəli ünvanda açılacaqdır.
 Email: [email protected]
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 
 
Tender komissiyası 
23 Noyabr 2018 23:14 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
6 Avqust 2022 | 00:05
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə