Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 20 Bakı şəhəri, 17 yanvar 2022-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1997-ci il 19 may tarixli 51 nömrəli, “Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə mükafatın və haqqın ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 fevral tarixli 41 nömrəli və “Azərbaycan Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2008-ci il 19 avqust tarixli 190 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublika­sının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1460 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 may tarixli 51 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 570) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissəyə “Nazirliyi” sözündən sonra “(bundan sonra – Nazirlik) yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra – Agentlik)” sözləri əlavə edilsin;

1.2. 3-cü, 5-ci, 8-ci, 13-cü, 14-cü, 15-ci və 16-cı (hər iki halda) hissələrdə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;

1.3. 15-ci hissədə (ikinci halda) “Kənd Təsərrüfatı Nazirliyinin” sözləri “Agentli­yin” sözü ilə əvəz edilsin;

1.4. 17-ci, 18-ci, 19-cu, 20-ci və 22-ci hissələrdə ismin müvafiq halların­da “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri ismin müvafiq hallarında “Nazirlik” sözü ilə əvəz edilsin;

1.5. 20-ci hissədə (ikinci halda) “Kənd Təsərrüfatı Nazirliyinin” sözləri “Nazirli­yin” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 189; 2020, № 4, maddə 484) ilə təsdiq edilmiş “Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə mükafa­tın və haqqın ödənilməsi Qaydası”nda aşağı­dakı dəyişikliklər edilsin:

2.1. 3-cü hissənin birinci abzasında “Nazirliyinə” sözü “Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinə (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

2.2. 3-cü hissənin səkkizinci abzasın­da və 4-cü hissədə (hər iki halda) ismin müvafiq hallarında “Azərbaycan Respubli­kasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 avqust tarixli 190 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 785; 2015, № 2, maddə 227; 2017, № 9, maddə 1737; 2019, № 5, maddə 972; 2020, № 4, maddə 484) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yeni yaradı­lan heyvan cinslərinin seleksiya nailiyyəti kimi qeydə alınması və patentləşdirilməsi, həmin heyvanların sınağının aparılma­sı Qaydaları, seleksiya nailiyyətinə olan tələblər və şərtlər”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə “Nazirliyinə” sözü “Nazirliyi (bundan sonra – Nazirlik) yanın­da Aqrar Xidmətlər Agentliyinə (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;

3.2. 2.5-ci bənddə “Azərbaycan Res­publikasının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (bundan sonra – Agentlik)” sözləri “Agentlikdə” sözü ilə, “Nazirliyin mərkəzi aparatına” sözləri “Nazirliyə” sözü ilə əvəz edilsin;

3.3. 2.6-cı bənddə “Azərbaycan Respub­likası Kənd Təsərrüfatı Nazirliyinin” sözləri “Nazirliyin” sözü ilə əvəz edilsin;

3.4. 3.1-ci bənddə “Azərbaycan Res­publikasının Kənd Təsərrüfatı Nazirliyinə” sözləri “Agentliyə” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə