Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 10 Bakı şəhəri, 14 yanvar 2022-ci il

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında

“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 dekabr tarixli 3052 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının sxemi bu Qərarın 1-18 nömrəli əlavələrinə uyğun olaraq təsdiq edilsin.

2. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu Qərarın 1-18 nömrəli əlavələrində qeyd olunan vəzifə maaşları­na elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödənilsin.

3. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunverici­lik Toplusu, 2018, № 3, maddə 604, № 5, maddə 1115; 2019, № 2, maddə 365, № 7, maddə 1347, № 8, maddə 1455, № 11, maddə 1851; 2020, № 5, maddə 657; 2021, № 3, maddə 279, № 4, maddə 418, № 5, maddə 515, № 9, maddə 1064, № 10, maddə 1197) 3-cü hissəsi istisna olmaqla ləğv edilsin.

4. Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə