Ən son xəbərlər
Sumqayıt şəhər sakini E.İsmayılov yanvarın 18-də saat 16 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində idarə etdiyi “Toyota” markalı avtomobillə yolun kənarında dayanmış Kiçik Pirəlli kənd sakini İsmayıl Adıgözəlovu vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, hadisə nəticəsində ağır xəsarət alan İ.Adıgözəlov xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Köhnə versiyamızdan xəbərləri izlə