Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN: Xətaidə 3 saylı uşaq evində baş verən hadisə ilə bağlı araşdırma gedir

"Sosial şəbəkələrdə və bəzi saytlar tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı yayılan görüntülərdən xəbərdarıq".

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, həmin hadisə yanvarın 16-da Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verib. Hadisə ilə bağlı artıq Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb. İnsidentin iştirakçısı uşaq evinin əməkdaşı G.Nağıyeva Polis Şöbəsinə dəvət edilərək izahatı alınıb. Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alınandan, eləcə də təyin edilən ekspertizaların nəticəsi məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri məlum olacaq.

19 Yanvar 2022 16:07 -

Köhnə versiyamızdan xəbərləri izlə