Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN yanacaqdoldurma məntəqələrində maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti təhlükə potensiallı obyektlərdə yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Mingəçevir, Naftalan şəhərlərində və Goranboy rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrində növbəti maarifləndirmə tədbirləri keçirib.

"Xalq qəzeti" FHN-in saytına istinadən xəbər verir ki, tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdıqları, bütün əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etmələrinin zəruriliyi xüsusi olaraq vurğulanıb.

Eyni zamanda, məntəqələrin, eləcə də məntəqəətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib. Məsul şəxslər və işçi heyətlə yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələblərinə ciddi əməl olunması barədə ətraflı söhbət aparılıb, onlara ilkin yanğınsöndürmə avadanlıq və vasitələrindən istifadə qaydaları izah olunub, suallar cavablandırılıb.

19 Yanvar 2022 15:51 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
25 May 2022 | 17:53
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə