Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının üzvləri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Şuradan "Xalq qəzeti"nə verilən məlumata görə, ziyarətdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisini deputatı, professor Eldar Quliyev, sədrin birinci müavini, deputat, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – deputat, professor Eldar İbrahimov, professor Elmira Süleymanova, Bayram Yusifov, Tahir Süleymanov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri, deputatlar Ziyad Səmədzadə və Aqiyə Naxçıvanlı, həmçinin Akif Rəfiyev, Arif Həşimov, Misir Mərdanov, İbrahim Quliyev, o cümlədən təşkilatın Aparat rəhbəri Ramin Həsənli və digər rəsmi şəxsləri ölkəmizin azadlığı, xalqımızın xoşbəxt gələcəyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Ziyarət zamanı 20 Yanvar faciəsini ümumxalq hüzn günü olmaqla yanaşı, həm də xalqımızın qətiyyətli iradəsinin, sarsılmaz vətənpərvərliyinin bariz göstəricisi kimi dəyərləndirən Şuranın sədri Eldar Quliyev bu hadisəyə ulu öndər Heydər Əliyevin Moskvada göstərdiyi ciddi etirazdan bəhs edib və ilk dəfə Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə Ümummilli Liderin təşəbbüsü ilə hüquqi-siyasi qiymətin verildiyini vurğulayıb. O qeyd edib ki, biz bu gün qalib xalqın nümayəndələri kimi şəhidlərimizi qürurla ziyarət edirik və əminik ki, bütün şəhidlərimizin ruhu şaddır, çünki uğrunda canlarını fəda etdikləri Vətən torpaqları Müzəffər Ali Baş Komandan, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən düşmən tapdağından azad edilib.

19 Yanvar 2022 15:34 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə