Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda dəniz nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb

Ötən il Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5 468,4 min ton təşkil edib və əvvəlki ilə nisbətən 8,6% azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 34,7%-i neft yükləri təşkil edib.

Məlumata görə, dəniz limanları tərəfindən 8 876,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 8 411,8 min tonunu və ya 94,8%-i tranzit yüklər təşkil edib.

“2022-ci il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 231,1 min ton olub”, - komitədən bildirilib.

Məlumata əsasən, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilə nisbətən 13,2% azalaraq 17,7 min nəfər olub.

19 Yanvar 2022 12:54 -

Köhnə versiyamızdan xəbərləri izlə