Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərenerji” bəzi yüksəkgərginlikli hava elektrik xətlərini yeraltı kabel xəttinə keçirir

Bakı şəhəri Heydər Əliyev prospektinin Sabunçu rayonunun ərazisindən keçən və Hava Limanı yolunda bir neçə dəfə kəsişən, o cümlədən ərazidəki yaşayış massivlərində mövcud olan yüksəkgərginlikli 110 kilovoltluq hava elektrik verilişi xətləri “Azərenerji” ASC tərəfindən demontaj edilərək yeraltı kabel xəttinə keçirilir.

ASC-dən bildirilib ki, 110 kilovoltluq “Ramana” yarımstansiyasının ikidövrəli olmaqla 8 istiqamətdə giriş-çıxış xətləri ümumilikdə 10 kilometr uzunluqda, tək damarlı olaraq isə 32 kilometr məsafədə müasir tələblərə cavab verən kabel xətləri ilə əvəz olunur. Heydər Əliyev prospekti və digər yollarla kəsişmədə tunel tipli keçidlər tikilir.

Yeraltı kabel keçidlərinin inşası zamanı intensiv hərəkətli Hava Limanı yolu qazılmayacaq və nəqliyyatın hərəkətinə heç bir maneə törədilmədən böyük həcmli borular xüsusi texnika vasitəsilə yolun kəsişməsində yerin altı ilə keçiləcək. Xüsusi layihə əsasında həyata keçirilən işlər nəticəsində Heydər Əliyev prospekti və digər yol kəsişmələrində iri anker dayaqların görünməz yeraltı kabellərlə əvəz edilməsi ərazinin xarici görünüşünü yaxşılaşdıracaq, ekoloji tələblərə cavab verəcək, ən əsası baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısı alınaraq enerjinin ötürülməsi daha müasir qaydada həyata keçiriləcək.

Qeyd edək ki, yol kəsişmələrində nəqliyyatın intensiv hərəkəti hava xətlərinin istismarında çətinliklər yaratmaqla yanaşı, hava limanı yolunun estetik görünüşünə də xələl gətirirdi.

19 Yanvar 2022 12:48 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
25 May 2022 | 17:53
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə