Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzərdə dalğanın hündürlüyü 3.8 metrə çatıb

Ölkə ərazisində faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Xalq qəzeti"nə bildirilib ki, yanvarın 19-u saat 11:00-a olan məlumata əsasən, bəzi yerlərdə cənub-qərb küləyi güclü olub, küləyin maksimal sürəti bölgələrdə arabir 28 m/s, Abşeron yarımadasında 23 m/s, Abşeron Dəniz rayonunda isə 20 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Hal-hazırda külək zəifləyib.

Qar örtüyünün hündürlüyü, Ağdərədə (Ordubad) 30 sm, Qubada 20 sm, Qrızda 15 sm, Sarıbaşda (Qax) 13 sm, Lerikdə 9 sm, Altıagac, Xaltan 8 sm, Şahbuzda 6 sm, Naxçıvan, Daşkəsən, Göygöldə 4 sm, Qusarda 2 sm olub.

Havanın minimal temperaturu, bu gecə aran rayonlarında 4°-dək şaxta, dağlıq rayonlarda 3-8° şaxta, Naxçıvan MR-da 9-13° şaxta, Bakıda və Abşeron yarımadasında 2-4° isti olub.

19 Yanvar 2022 11:34 - EKOLOGİYA
EKOLOGİYA
24 May 2022 | 16:56
Sabahın HAVA PROQNOZU
23 May 2022 | 16:54
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə