Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Çelsi” 40 milyon avroya təklif edir

Londonun “Çelsi” klubunun rəhbərliyi “Barselona”nın 24 yaşlı ni­derlandlı futbolçusu Frenk de Yonqun transferi üçün 40 milyon avro ödəməyə hazır olduğunu bəyan edib. Kataloniya klubu isə Frenk de Yonq üçün 60 milyon avro tələb edir. Yeri gəlmişkən, Frenk de Yonqu əldə etmək üçün Münhen “Bavariya”sı, “Mançester Siti” və “Mançester Yunayted” klubları da mübarizə aparır.

Qeyd edək ki, Frenk de Yonq 2019-cu ilin yayında “Ayaks”dan “Barselona”ya 86 milyon avroya transfer olunub.

Xəbəri “The Sun” verib.

  Elçin ABBASOV, “Xalq qəzeti”

19 Yanvar 2022 04:14 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə