Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT-nin açıqlaması

BMT-nin Beynəlxalq Əmək Təşkilatının hazırla­dığı yeni hesabata əsasən, cari ildə dünyada işsizlərin sayı 207 milyon nəfərə çatacaq. Bu, korona­virus pandemiyasının yayıldığı 2019-cu ilədək olan dövrlə müqayisədə 21 milyon nəfər çoxdur. Hesabat müəllifləri bildirirlər ki, koronavirusun “Delta” və “Omikron” ştammları qlobal əmək bazarına öz mənfi təsirlərini göstərir. Bundan başqa, pandemiyanın gələcəyi ilə bağlı qeyri-müəyyən vəziyyət davam edir.

Ekspertlər yüksək işsizlik səviyyəsinin, azı, 2023-cü ilədək davam edəcəyini proqnozlaşdırır. Qeyd edək ki, 2019-cu ildə dünyada işsizlərin sayı 186 milon nəfər olub.

Məlumatı “Bloomberg” yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

19 Yanvar 2022 04:07 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
23 May 2022 | 22:37
Püstənin faydaları
23 May 2022 | 22:37
İrihəcimli investisiya
23 May 2022 | 22:37
Aktivlər dondurulub
23 May 2022 | 22:36
Karantin qərarı
23 May 2022 | 22:34
“Kurtaran-2022”

Köhnə versiyamızdan xəbərləri izlə