Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ qədim tarixi nümunələri İraqa qaytaracaq

Mənbənin məlumatına görə, Səhhəf deyib ki, İraq Res­publikasının Los-Anceles Baş Konsulluğuna ABŞ Federal Kəşfiyyat Bürosu (FBİ) ilə əlaqəli şəkildə yaşı 4 min ildən çox iki artefakt çatdırılacaq. Onlardan biri Ur şəhərindən olan mixi yazılı lövhə, digəri də qədim Babil şəhərindən olan çox nadir mixi yazılı elanın bir hissəsidir: "Bu nailiyyət İraq antik əşyalarının qanunsuz alverinin qarşısını almaq və İraq hökuməti vasitəsilə Vətənə qaytarılması yönündəki səylər çərçivəsində ABŞ hökuməti tərəfindən müsadirə olunub”.

Qeyd edilir ki, sözügedən əşyaların sabah Los-Anceles Baş Konsulluğunda rəsmi mərasimlə İraq tərəfinə təhvil veriləcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, 2014-cü ildə İŞİD terrorçu təşkilatı İraqın üçdə bir hissəsini ələ keçirərək, muzeylərdən tarixi abidələri, bir çox qiymətli əşyaları qarət edərək xaricə çıxarmışdı.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

19 Yanvar 2022 05:07 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
23 May 2022 | 22:37
Püstənin faydaları
23 May 2022 | 22:37
İrihəcimli investisiya
23 May 2022 | 22:37
Aktivlər dondurulub
23 May 2022 | 22:36
Karantin qərarı
23 May 2022 | 22:34
“Kurtaran-2022”

Köhnə versiyamızdan xəbərləri izlə