Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“20 Yanvar – qan yaddaşımız”

Qanlı Yanvar hadisələrindən 32 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.

Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Doğma Vətəninin, xalqının azad­lığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tu­tan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.

20 Yanvar faciəsinin 32-ci ildönümü ərəfəsində Milli Kitabxananın əməkdaşları tərəfindən “20 Yanvar – qan yaddaşımız” adlı Elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həm hüzn, həm də qürur günü­müz”, “Görkəmli şəxslər 20 Yanvar haqqında”, “20 Yanvar faciəsi şahidlərin dili ilə...”, “20 Yanvar şəhidləri – siyahı”, “Kitablar”, “20 Yanvar faciəsi bədii ədəbiyyatda”, “Məqalələr”, “Filmoqrafiya”, “20 Yanvar şəhidlərinin əbədi xatirəsi”, “Fotoqale­reya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

19 Yanvar 2022 04:44 - 20 YANVAR
20 YANVAR
20 Yanvar 2022 | 01:06
Qanlı və şanlı tariximiz

Köhnə versiyamızdan xəbərləri izlə