Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Hava Yolları” yeni “AZAL Club” loyallıq proqramının tətbiqinə başlayır

Azərbaycanın milli aviadaşıyıcısı – AZAL yeni “AZAL Club” loyallıq proqramının tətbiqinə başlayır.

“AZAL Club” pərakəndə satış mağazaları şəbəkəsində alış-veriş zamanı, həmçinin müxtəlif növ xidmət mərkəzlərində bonus millərini toplamağa imkan verən pulsuz virtual loyallıq kartıdır.

Tərəfdaşlar şəbəkəsinə, həmçinin məşhur restoran­lar, mehmanxanalar, geyim, aksessuar və ətriyyat mağazaları, əyləncə mərkəzləri, “Booking.com”, “Rentalcars.com” və s. kimi müxtəlif onlayn saytlar­dan təkliflər daxildir. Perspektivdə “AZAL Club” tərəfdaşlıq şəbəkəsinin coğrafiyasını genişləndirəcək, buraya “Azərbaycan Hava Yolları”nın müntəzəm reyslər yerinə yetirdiyi şəhər və ölkələrdəki müxtəlif tərəfdaşları da cəlb ediləcək.

Yeni loyallıq proqramı çərçivəsində toplanan milləri Azərbaycan aviadaşıyıcıları­nın – AZAL və Buta Airways aviaşirkətlərinin biletlərinə dəyişmək mümkün olacaq.

Bonus millərini aviabiletə dəyişərkən komissiya tutulmayacaq, həmçinin vergi, yığım tətbiq olunmayacaq və bilet alışı za­manı yerlərlə məhdudlaşmayacaq. Həmçinin “Azal Club” istifadəçiləri qazandıqları bonus millərini tətbiqdə birbaşa AZAL – Miles iştirak­çısının hesabına köçürə və ya bonus millərini müxtəlif mal və xidmətlərə dəyişə biləcəklər.

Proqramın tərəfdaş şəbəkəsinə qoşul­maq arzusunda olanları dəvət edirik. “AZAL Club” tərəfdaş brendinin davamlı marketinq dəstəyini və irəliləyişini təmin edəcək. Qeyd etmək lazımdır ki, AZAL – Miles proqramının 200 mindən çox istifadəçisi artıq potensial müştəri bazasının bir hissəsidir. Tərəfdaş şəbəkəsinə qoşulmaq üçün [email protected]­lub.az elektron poçtuna ərizə göndərmək lazımdır.

“AZAL Club” mobil əlavəsi vasitəsilə proqramda iştirakçı qismində qeydiyyat­dan keçmək mümkündür. Yükləmək üçün keçidlər:

• Android: https://play.google.com/store/apps/details?id=az.azalclub

• Apple iOS: https://apps.apple.com/az/app/azal-club/id1459851221

Burada iştirakçılar cari balansı izləyə, həmçinin tərəfdaşların tam siyahısı, onların təqdim etdikləri kampaniyalar və təkliflərlə tanış ola biləcəklər.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, “AZAL Club” proqramı haqqında daha ətraflı məlumat almaq üçün *2002 telefon nömrəsi, [email protected] elektron poçtu və ya www.azalc­lub.az rəsmi saytı vasitəsilə müraciət etmək mümkündür.

“AZAL Club” proqramı nədir və necə çalışır? Bu haqda hazırlanan tanıtım çar­xını izləyə bilərsiniz: https://youtu.be/LT1bwSvWYik

“Xalq qəzeti”

19 Yanvar 2022 03:39 - TEXNİKA
TEXNİKA
11 May 2022 | 09:16
İstehsal dayandırılır

Köhnə versiyamızdan xəbərləri izlə