Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Qərargah rəisi Bolqarıstan Hərbi Akademiyasının rəhbəri ilə görüşüb

Yanvarın 18-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının G. S. Rakovski adına Hərbi Akademiyasının rəisi general-mayor Qrudi Angelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, qonaqları salamlayan general-polkovnik K. Vəliyev Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-mayor Q. Angelov ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hərbi təhsil sahəsində təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə hərbi qulluqçuların, o cümlədən mülki işçilərin bilik və bacarıqlarının artırılması istiqamətində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də hərbi təhsil sahəsində maraq doğuran digər məsələlər müzakirə edilib.

18 Yanvar 2022 16:16 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə