Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazirlik: Tağıyev haqda 8 seriyalı film 2023-cü ildə hazır olacaq

Neft maqnatı, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqqında serialın hazırlıq mərhələsi davam edir.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 8 seriyadan ibarət olan film Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunur.

“Film ortaq layihədir - Bakı Media Mərkəzi də daxil olmaqla bir neçə istehsalçısı var. Bildiyiniz kimi, 2023-cü ildə neft sənayeçisi, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyinin keçirilməsi planlaşdırılır. Serialın da o tarixdə hazır olması nəzərdə tutulur”, - məlumatda vurğulanır.

18 Yanvar 2022 16:08 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə