Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi münasibətilə görüş keçirilib

Yanvarın 18-də Azərbaycan Texniki Universitetində (AzTU) Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçının tələbələrlə görüşü keçirilib.

 "Xalq qəzeti" xəbər verir ki, "İdarəçi rəhbərlərlə tanışlıq" layihəsi çərçivəsində keçirilən görüş qardaş ölkələr arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunub.

Universitetin rektoru Vilayət Vəliyev Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi münasibətilə təbriklərini çatdırıb.

Sonra səfir Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı çıxış edib.

Görüş zamanı səfir tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, səfirin bu formatda görüşü ilk dəfə AzTU-da təşkil olunub.

18 Yanvar 2022 14:34 -

Köhnə versiyamızdan xəbərləri izlə