Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda "Maliyyə texnologiyalarının tətbiqi üzrə yol xəritəsi" hazırlanacaq

Azərbaycanda maliyyə texnologiyalarının tətbiqi, rəqəmsal bankçılıq ekosisteminin formalaşdırılması və bununla da maliyyə-bank xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlər çərçivəsində "Maliyyə texnologiyalarının tətbiqi üzrə yol xəritəsi"nin hazırlanması nəzərdə tutulub.

"Xalq qəzeti" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, "Yol xəritəsi"nin Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə "TheCityUK" təşkilatının texniki yardımı ilə hazırlanması planlaşdırılıb.

Bu məqsədlə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkədəki fövqəladə və səlahiyyətli səfiri cənab Ceyms Layl Şarpın iştirakı ilə AMB, Azərbaycan Banklar və FinTex Assosiasiyaları, həmçinin "TheCityUK" təşkilatının ekspertləri arasında 17 yanvar 2022-ci il tarixində layihənin ilk görüşü keçirilmiş və fəaliyyət istiqamətləri müzakirə edilib.

18 Yanvar 2022 12:40 - TEXNİKA
TEXNİKA
11 May 2022 | 09:16
İstehsal dayandırılır

Köhnə versiyamızdan xəbərləri izlə