Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Marselo “Real”ın tarixinə düşüb

Madridin “Real” klubunun futbolçusu Marselo komanda­nın tarixinə düşüb. 34 yaşlı cinah müdafiəçisi buna “Atletik”i 2:0 hesabı ilə məğlub etdikləri Super kubok yarışı­nın final matçında nail olub. Braziliyalı oyunçu Madrid təmsilçisinin heyətində 23-cü titulunu qaza­nıb və “Kral klubu”nun sabiq kapitanı Serxio Ramosu (22) geridə qoyub.

Marselo hazırda Fransisko Gento ilə birlikdə “Kral klubu”nda ən çox titula sahib olan futbolçudur.

Məlumatı “Marca” yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

18 Yanvar 2022 05:04 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə