Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da aviareyslər təxirə salınıb

ABŞ-ın Şərq hissəsinə gələn qar çovğunu həyatı iflic edib. “CNN”in məlumatına görə, “American Airlines” aviaşirkətinə məxsus 2,8 min təyyarə Şimali Karolina ştatının “Şarlotta Duqlas” hava limanından uça bilməyiblər.

Qar çovğunu ABŞ-ın Virciniya, Corciya və Şimali Karoli­na ştatlarını əhatə edir. Sinoptiklər əlverişsiz hava şəraitinin hələ bir neçə gün davam edəcəyini bildiriblər. Ştatların qubernatorları fövqəladə vəziyyət elan ediblər.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

18 Yanvar 2022 04:51 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə