Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qış köçü” fotosu üç min avroluq mükafata layiq görüldü

Beynəlxalq Fotoqraflar Assosiasiyası “2021-ci ilin təbiət fotoları” müsabiqəsinin qaliblərini elan edib. Dünyanın müxtəlif ölkələrini təmsil edən peşəkar və həvəskar fotoqrafların 13 kateqoriya üzrə təqdim etdiyi üç minə yaxın foto arasından final mərhələsinə cəmi 60 iş çıxıb.

Rusiyanın “news.mail.ru” portalı xəbər verir ki, müsabiqənin qalibi norveçli fotoqraf Terye Kolaas olub. Onun “Əlçatmazlıq” nominasiyasına təqdim etdiyi “Qış köçü” əsəri birinci dərəcəli diploma və 3 min avroluq mükafata layiq görülüb. Teryenin başqa bir fotosu isə “Quşlar” nominasiya­sının qalibi olub.

Qaliblər sırasında olan daha bir neçə fotoqrafa pul mükafatları və foto avadanlıqları verilib.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

18 Yanvar 2022 04:49 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə